“Qarabağ”lı babanın sevgisini qazanan Elvin - VİDEO

13 İyul 23:40 Qarabağ 369
“Qarabağ”lı babanın sevgisini qazanan Elvin - VİDEO

Bir müddət əvvəl Qurban Qurbanovla görüşməsiylə gündəmə gələn Akif adlı yaşlı azarkeş yenə «Qarabağ»ı tək buraxmayıb.

O, Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində «Vestri» ilə keçirilən matçı izləmək üçün stadiona təşrif buyurub.

Qocaman fanat «köhlən atlar»ın 3:0 hesabıyla udduğu qarşılaşma ərzində fəallığı ilə diqqət çəkib. Xüsusən Elvin Cəfərquliyevə verdiyi dəstək görənləri yaxşı mənada təəccübləndirib.

Akif baba dörd aylıq fasilədən sonra komandaya dönən və ikinci hissənin gedişində meydana çıxan müdafiəçini irəli səsləyib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.

30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir, 86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.

Cavab görüşü iyulun 17-də baş tutacaq.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı