«Neftçi» rəhbərliyi saytımızın işıqlandırdığı problemi həll edib.
Klubun Bakıxanov qəsəbəsində yerləşən təlim-məşq bazasında yaranmış antisanitariya aradan qaldırılıb.
Tikintisi yarımçıq qalan akademiya binasının zirzəmisi və ətrafı təmizlənib. Bakıya yağan güclü yağışlar nəticəsində əmələ gəlmiş çirkli gölməçə qurudulub.
6 iyul tarixində yaydığımız xəbərdə bu vəziyyətdən bəhs etmişdik.
Eyni zamanda, valideynlər tərəfindən redaksiyamıza təqdim olunan görüntülər izləyicilərin diqqətinə çatdırılmışdı.
Sevindirici haldır ki, klubun başbilənləri hadisəyə həssas münasibət göstərib, lazımı tədbirlər görüb. Güman edirik ki, növbəti mərhələdə yarımçıq tikilinin də bəxti açılacaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

