Təkcə mərhələ yox, qələbə də lazımdır - "Sabah" bu şansı qaçırmamalıdır

19:00 Sabah 181
Təkcə mərhələ yox, qələbə də lazımdır - "Sabah" bu şansı qaçırmamalıdır

Bu gün avrokuboklarda cavab görüşlərinə start veriləcək.

Yenə ilk olaraq meydana son çempionumuz "Sabah" çıxacaq.

"Bayquşlar" Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab görüşündə TNS-in qonağı olacaq.

İlk oyunda 2:0 qalib gələn komandamızın növbəti mərhələ şansları yüksəkdir.

Hətta məsələnin tam həll olunduğunu düşünənlər də az deyil.

Düzdü, Masazırdakı görüş əyani göstərdi ki, Valdas Dambrauskasın yetirmələri rəqibindən 1 baş üstündür. Həm keyfiyyət, həm də kəmiyyət olaraq.

Hesabdakı üstünlük daha rahat oynamağa imkan verəcək.

Rəqibin hücumda olmaq məcburiyyəti sürətli əks-hücum qurmaq potensialı yüksək olan "Sabah" bu axşam evdəki matçdan da rahat qələbə qazana bilər.

Amma...

Ehtiyatı əldən vermək olmaz.

Bura Çempionlar Liqasıdır. Ölkəsinin çempionları meydanda mübarizə aparır.

TNS-in Avropada kifayət qədər təcrübəsi var.

Cəmi 1 mövsüm öncə "Fiorentina", "Panatinaikos", "Çelye" kimi rəqiblər qarşılaşıb.

"Astana"nı məğlub edib - 2:0.

Bu, rəqibimizin lazım olanda diş göstərə bildiyindən xəbər verir.

Digər tərəfdən "Sabah"ın uzaq məsafə qət etməsi də problem yarada bilər.

Yorğunluq mütləq hiss olunacaq.

Müdafiənin dirəyi hesab olunan Stiv Solvetin ilk oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşməsi də narahatlıq yaradan məqamlar arasındadır.

Oyunun gedişində gözlənilməz hadisələrin (penalti, qırmızı vərəqə kimi) olması ehtimal da öz yerində.

Bir sözlə, hər an sürpriz yaşana bilər.

Litvalı mütəxəssis bütün bunları göz önünə alaraq, ilk dəqiqələrdən ehtiyatı əldən verməməlidir.

Hətta erkən qolla məsələni həll etmək yerinə düşər.

Digər tərəfdən bu gün "Sabah"dan gözləntilər təkcə mərhələ adlamaq deyil, həm də səfər qələbəsi qazanmaqdır.

Ölkə reytinqinə fayda vermək, qələbə ruhunu qorumaq üçün.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama