Norveç millisinin hücumçusu Erlinq Haaland 2026-cı il Dünya Kubokunda çempion ola bilməsə də, turnirdən sonra vətəninə qeyri-adi suvenirlə qayıdaraq sosial şəbəkələrin diqqət mərkəzinə düşüb.
Sportinfo.az xəbər verir ki, Norveç yığması Osloya qayıdarkən Haaland əlində viski şüşəsi tutan yenot suveniri ilə görüntülənib.
İngiltərə mətbuatının yazdığına görə, bu qeyri-adi əşyanın qiyməti təxminən 750 ABŞ dollarıdır.
Haalandın təyyarədən enərkən yenotu qucaqladığı görüntüləri qısa zamanda sosial şəbəkələrdə viral olub.
Norveç yığması 2026-cı il Dünya Çempionatının 1/4 final mərhələsində İngiltərəyə 2:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Buna baxmayaraq, Haaland fərdi performansı ilə yadda qalıb. O, turnirdə keçirdiyi 5 oyunda 7 qol vuraraq Dünya Çempionatının ən parlaq futbolçularından biri kimi qiymətləndirilib.
Həmin görüntüləri təqdim edirik:

