Misir millisinin hücumçusu Məhəmməd Salah karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı azad agenti heyətinə qatmaq istəyən klub “Beşiktaş”dır.
Salahın meneceri hazırda Türkiyədədir və mümkün transferlə bağlı “Beşiktaş” rəsmiləri ilə danışıqlar aparacaq.
Salah 2025/26 mövsümünün sonunda “Liverpul”dan ayrılıb. O, ötən mövsüm Mersisayd təmsilçisinin heyətində keçirdiyi 41 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” portalı misirli futbolçunun dəyərini 22 milyon avro olaraq qiymətləndirir.

