Azərbaycan klubu kanadalı vingeri “rənglərinə bağladı” - SON DƏQİQƏ

11:00 Hadisə 400
Azərbaycan klubu kanadalı vingeri “rənglərinə bağladı” - SON DƏQİQƏ

Premyer Liqaya rəng qatmaq niyyətində olan «Şəfa» transfer bazarında sürətini bir qədər də artrıb.

Zaur Həşimovu baş məşqçi postuna gətirmiş klub bu gün növbəti transfer çalışmasını yekunlaşdırıb.

Paytaxt təmsilçisi Tray Fuller ilə anlaşıb. 24 yaşlı legioner Kanadandır və vinger mövqeyində çıxış edir.

Amerikalı son olaraq Gürcüstanda «Dila»nın formasını geyinib.

Onun karyerasının əsas hissəsini Portuqaliyada keçirdiyi dönəm təşkil edir. «Tondela», «Uniao Santarém», «São Martinho», «SC Kovilha», «Leyxos» və «São Pedro Kova»nin uğurları üçün tər töküb.

"Şəfa" daha öncə 9 nəfərlə münasibətlərini rəsmiləşdirib.

Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya) və Fərid Yusifli ("Turan Tovuz") düşərgəyə qoşulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama