“Sportinfo TV”də yayımlanan “Sport Xəbər”in növbəti buraxılış efirə gedib.
Aytən Mustafayevanın təqdimatında izləyicilərin görüşünə gələn xəbər blokunda Premyer Liqa klublarının transfer gündəmi açıqlanıb.
«Qarabağ», «Neftçi», «Araz-Naxçıvan», «Turan Tovuz» və digər komandaların anlaşdığı, yaxud danışıqlar apardığı legionerlər haqda məlumatlar diqqətə çatdırılıb.
Bildirilib ki, «Qarabağ»dan tanıdığımız İbrahima Vadji «Turan»dan ayrılmağa hazırlaşır. Seneqallı hücumçunun maliyyə şərtləri səbəbindən Tovuz təmsilçisini tərk etmək fikrinə düşdüyü bildirilib.
Belə ki, «bozqurdlar» afrikalı forvardın maaşını aşağı salmaq niyyətində olduğundan, tərəflərin mövqeyi haçalanıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

