“Sabah”dan ötrü “Real Madrid”i görmüş adam

13 İyul 23:00 Sabah 242
“Sabah”dan ötrü “Real Madrid”i görmüş adam

"Sabah"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-lə (Uels) keçiriləcək cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Cavab görüşü İspaniyadan olan hakimlərə tapşırılıb.

Oyunun baş hakimi Mateu Buskets Ferrer olacaq. Ona yan xətlərdə İniqo Prieto və Qonzalo Qarsiya kömək edəcək.

Migel Anhel Ortiz isə dördüncü hakim funksiyasını yerinə yetircəcək.

32 yaşlı Migelin hakimlik karyerasının zəngin olduğunu demək çətindir.

2023-cü ildən La Liqa matçlarına təyinat alan referi İspaniyanın yüksək liqasında 58 oyun idarə edib. Karyerası əsasən Sequnda ilə bağlı olan səbəbkar bu ilin yanvarında hər kəsin diqqətini çəkib.

İspaniya Futbol Federasiyası Hakimlər Komitəsi ötən mövsümün Superkubok qarşılaşmasını ona həvalə edib. Madrid klublarının - “Atletiko” ilə “Real”ın oyununda fit çalan Ferrer cəmi bir futbolçuya sarı vərəqə göstərib.

“Real”ın 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə baş hakim işinin öhdəsindən artıqlaması ilə gəlib.

Beynəlxalq arenalarda təcrübəsizliyi göz qabağındadır. Bu ilin iyununda Portuqaliya ilə Nigeriya (2:1) arasındakı yoxlama matçını idarə edib, iki dəfə U-17 millilərinin seçmə mərhələ görüşlərində iş başında olub.

TNS – “Sabah” matçı Migel üçün tarixə düşəcək. Belə ki, bu, onun tarixi an - avrokuboklarda ilk oyunudur.

Karyerası ərzində peşəkar səviyyədə idarə etdiyi 157 oyunda 842 dəfə sarı vərəqəyə al atıbsa, 50 dəfə qırmızı vərəqə göstərib. 41 halda qapılara penalty təyin edib.

Göründüyü kimi, ispaniyalı ədalət qoruyucusu “qırmızı” məsələsində amansızdır. “Sabah”ın futbolçuları son dərəcə diqqətli olmalıdır.

İyulun 14-də Osvestridəki "Park Hall"da keçiriləcək TNS - "Sabah" görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama
13 İyul 02:50 Yusif Avropa çempionudur