"Qarabağ" üçün çətin olmayacaq, amma "Sabah" və "Zirə"..."

13 İyul 21:00 Bizimkilər 446
"Qarabağ" üçün çətin olmayacaq, amma "Sabah" və "Zirə"..."

Klublarımız avrokuboklara fantastik start verdi.

"Sabah" Uels çempionu TNS, "Zirə" Gürcüstan super kubokunun qalibi "Torpedo", "Qarabağ" isə son İslandiya kubokunun qalibi "Vestri" üzərində rahat qələbə qazandı.

Hər üç təmsilçimiz bu dəfə səfərdə meydana çıxacaq.

Əksəriyyət artıq cütlərdə məsələnin həll olunduğunu düşünür.

Bəs səfər meydanlarında sürpriz baş verə bilərmi?

Sportinfo.az-a açıqlama verən futbol mütəxəssisi Aslan Kərimov suala cavabında maraqlı fikirlər səsləndirib:

"Püşkatmadan sonra ilk mərhələni uğurla keçəcəyimizi təxmin etmək olardı. Hətta "Neftçi"ni də bu sıraya qoyardım.

Ən azından rəqiblərin adını eşidəndə, müqayisə edəndə üstün olduğumuz aydın görünür. Bunu da hər üç klubumuz ilk oyunda sübut etdi.

Amma 100% mərhələni adlayacağıq deyə bir şey yoxdur. Cavab oyunları ilk oyunla müqayisədə daha ağır keçəcək.

Düzdü, mərhələ adlamaq üçün böyük addım atılıb. Amma ən azından həm "Zirə", həm də "Sabah" üçün ağır keçə bilər.

Gürcülər evdə daha yaxşı təsir bağışlayır. "Zirə" ciddi hazırlaşmalıdır. Heç də asan olmayacaq. Bir az boşluq versələr çətin anlar yaşaya bilərlər.

"Sabah"ın isə 5 saatdan artıq yolçuluğu var. Belə məsafədən sonra meydana çıxmaq elə də asan olmur. Bu məqam işimizi çətinləşdirə bilər.

Lakin buna rəğmən yenə mərhələni adlayacağımıza inanıram.

"Qarabağ"ın rəqibi barədə əlavə şərhə ehtiyac yoxdur. Aşağı liqada çıxış edir. Ölkə kubokunu qazanandan sonra bütün heyəti satıblar. "Qarabağ" üçün çətin olmayacaq.

Düzdü, ilk oyunda oyunçuların formasından uzaq olduğu görünürdü. Yeni transferlər çoxdur. Hiss olunurdu ki, alışdığımız dinamika yoxdur. Amma digərləri ilə müqayisədə "Qarabağ"ın rəqibi zəif görünür".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama
13 İyul 02:50 Yusif Avropa çempionudur