Türkiyənin bir neçə klubundan təklif aldı, “Qarabağ”a transferi üstün tutdu

13 İyul 23:20 Qarabağ 2 945
Türkiyənin bir neçə klubundan təklif aldı, “Qarabağ”a transferi üstün tutdu

“Qarabağ”ın yeni transferi Cebrail Makreçkisin karyerasını Türkiyədə davam etdirmək variantı olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Macarıstan mətbuatı məlumat yayıb.

Bildirilib ki, 26 yaşlı sağ cinah müdafiəçisi yay dönəmində Türkiyənin bir neçə klubundan təklif alıb. Xüsusən də “Sivasspor”un bu transferdə israrlı olduğu və “Ferentsvaroş”la danışıq apardığı vurğulanıb.

Lakin latviyalı cinah oyunçusu “Qarabağ”a transferi üstün tutub. Çünki o, bununla avrokuboklarda müntəzəm çıxış edəcəyinə və Latviyanın əsas millisinə dəvət alacağına inanır.

Cebrail Makreçkis “Qarabağ”la 3 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə