Bu liqada yeniliklər qapıda - “Altılıq” sistemi və yaş limiti

17:40 Əvəzedicilər 43
Bu liqada yeniliklər qapıda - “Altılıq” sistemi və yaş limiti

Payız-yaz sistemi ilə təşkil olunacaq Əvəzedicilər Liqasının 2026/27-ci illər mövsümünün başlama tarixi müəyyənləşib.

Yeni mövsümdə turnirdə Premyer Liqada çıxış edən bütün klubların əvəzedici komandaları mübarizə aparacaq.

Liqanın yeni mövsümünə avqustun 21-də start veriləcək. Amma yarışın reqlamenti hələ tam dəqiqləşməyib.

Aldığımız məlumata görə, Peşəkar Futbol Liqası (PFL) bunun üzərində müxtəlif variantları nəzərdən keçirir.

Çempionatın «altılıq» sistemi üzrə təşkili gündəmdədir. Mövsüm üç dövrədən ibarət olacaq.

İlk iki mərhələdən sonra iştirakçılar turnir cədvəlinə əsasən, iki yerə bölünəcək. Turnirdə yaş limitinin tətbiqi də istisna edilmir.

İlk «11-lik»də 20 yaşadək 4 futbolçunun yer alması da istənilə bilər, bu rəqəmin 5-ə çatdırılması da. Hər halda açıq qalan sualların gələn həftəyə kimi cavab tapması planlaşdırılır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama