Ölkə prezidenti millinin futbolçularını tənqid etdi: “Bu, biabırçılıqdır”

14 İyul 18:40 Dünya futbolu 633
Ölkə prezidenti millinin futbolçularını tənqid etdi: “Bu, biabırçılıqdır”

Braziliya prezidenti Luis İnasio Lula da Silva ölkə millisinin 2026-cı il dünya çempionatındakı uğursuz çıxışından sonra futbolçuları tənqid edib.

Sportinfo.az “Globo”-ya istinadən xəbər verir ki, dövlət başçısı mundialdan sonra futbolçuların əksəriyyətinin vətənə qayıtmamasını qınayıb:

“Təyyarədə demək olar ki, heç kim yox idi. Bu, sadəcə biabırçılıqdır. Yalnız bir futbolçu geri qayıtdı, qalanların hamısı orada qaldı”.

Braziliya millisi dünya çempionatında 1/8 finala qədər irəliləyib. Karlo Ançelottinin rəhbərlik etdiyi komanda bu mərhələdə Norveç yığmasına 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!