“Mbappe məni qorxutmur” - İspaniya yığmasının müdafiəçisi

13 İyul 22:00 Dünya çempionatı 149
“Mbappe məni qorxutmur” - İspaniya yığmasının müdafiəçisi

İspaniya millisinin müdafiəçisi Pau Kubarsi dünya çempionatının yarımfinalında Fransa yığması ilə keçiriləcək oyundan öncə Kilian Mbappe barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Kilian Mbappe məni qorxutmur. Amma onun keyfiyyətlərini hamı bilir. Meydanda nəzərə çarpmasa belə, bir hərəkətlə hər şeyi dəyişə bilər.

O, Lamin Yamal kimi unikaldır. Bütün 90 dəqiqə ərzində diqqətli olmaq lazımdır”.

İspaniya millisi ilə Fransa yığması arasında yarımfinal görüşü iyulun 14-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama
13 İyul 02:50 Yusif Avropa çempionudur