Portuqaliyalı sol cinah müdafiəçisi Premyer Liqamızda

14 İyul 00:50 Şamaxı 567
Portuqaliyalı sol cinah müdafiəçisi Premyer Liqamızda

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi sol cinah müdafiəçisi Joao Oliveiranı (Jota) heyətinə qatıb. 26 yaşlı futbolçu ilə iki (1+1) illik müqavilə imzalanıb.

Qeyd edək ki, Jotanın son klubu Portuqaliyada “Sao Joao de Ver” olub.

"Şamaxı" bunadək Azər Bağırov (baş məşqçi, "Kəpəz"), Sənan Muradlı ("Sumqayıt" - icarə) Emin Rüstəmov ("Karvan-Yevlax"), Uğur Cahangirov ("Karvan-Yevlax"), Ceyhun Bağırzadə ("Qəbələ-2"), Okan Təhməzli (“Qəbələ”), Hacıəli Şirəliyev, Emil Süleymanov ("Qəbələ") və Nicat Qaragözlünü kluba cəlb edib.

Digər Xəbərlər
Xəbər Lenti