"Sabah"ın baş məşqçisi komandasından nə gözləyir?

14 İyul 07:50 Sabah 401
"Sabah"ın baş məşqçisi komandasından nə gözləyir?

"Sabah" Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində bu gün Uelsdə TNS ilə üz-üzə gələcək

Sportinfo.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyun haqda fikirlərini bildirib:

"Bu oyunu böyük həyəcanla gözləyirik. İlk oyundan fərqli olaraq bu matçda da yüksək konsentrasiya ilə oynamalıyıq.

Hamıya məlumdur ki, ev sahibi komandalar öz meydanında adətən yaxşı oynayırlar. Buna görə də arxayınlaşa bilmərik.

Əksinə, yenə də əlimizdən gələni etməli, meydandan qələbə ilə ayrılmağa çalışmalıyıq. Sevindirici haldır ki, komandamız səfərə heç bir zədə problemi olmadan gəlib.

Komandada əhval-ruhiyyə yüksəkdir, hər kəs özünü yaxşı hiss edir. Sadəcə, Stiv Solvet düşərgəmizdə deyil. Meydanda ən yaxşı oyunumuzu göstərməliyik".

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı