2 milyonluq düyün açıldı: Varqas "Neftçi"də! - SON DƏQİQƏ

21:00 Neftçi 527
2 milyonluq düyün açıldı: Varqas "Neftçi"də! - SON DƏQİQƏ

"Neftçi" Freddi Varqasla bağlı məsələdə istədiyi sonluğa çatıb.

Nəhayət, "ağ qaralar"ın 27 yaşlı yarımmüdafiəçinin məxsus olduğu "Makkabi" ilə razılıq əldə olunub.

İsrail tərəfi tələb etdiyi 2 milyon manat təzminat tələbində müəyyən endirim edib.

Məhz bundan sonra bakılılar keçidə razılaşıb.

Varqas ən qısa müddətdə "Neftçi"nin düşərgəsinə qoşulacaq.

Venesuelalı legioner ötən yay icarə əsasında "Neftçi"yə qoşulub.

27 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada meydana çıxdığı 30 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə verib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti