Azər gümüş medal qazandı - Açıq Litva çempionatında

03:40 Digər növlər 97
Azər gümüş medal qazandı - Açıq Litva çempionatında

Akademik avarçəkmə üzrə gənclərdən ibarət Azərbaycan yığmasının üzvü, hazırda Litvada təlim-məşq toplanışında olan Azər İlyasov bu ölkənin Şaulyay şəhərində təşkil olunan Açıq Litva çempionatında gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, yerli idmançılarla yanaşı, ABŞ, İsveçrə və İsrail avarçəkənlərinin də mübarizə apardığı yarışda təmsilçimiz 15 idmançının olduğu yarımfinal mərhələsini uğurla dəf edərək həlledici yürüşə vəsiqə qazanıb.

Yağışlı və küləkli hava şəraitində baş tutan A finalında isə 2000 metr məsafəni 7 dəqiqə, 52 saniyəyə qət edən A.İlyasov yalnız yerli idmançıdan geri qalmaqla gümüş medal əldə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama
13 İyul 02:50 Yusif Avropa çempionudur