"Kəpəz"in üz çevirdiyi mərkəz müdafiəçisi hara getdi?

14 İyul 09:00 Kəpəz 857
"Kəpəz"in üz çevirdiyi mərkəz müdafiəçisi hara getdi?

"Kəpəz"in sabiq legioneri Pedro Qomesin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı mərkəz müdafiəçisi Belçika təmsilçisi "Dender"lə müqavilə imzalayıb.

Tərəflər arasında 2+1 illik sözləşmə bağlanıb.

Son olaraq İspaniyanın "Valensiya" klubunun əvəzedici komandasında çıxış edən portuqaliyalı futbolçu 2025-ci ilin yayında "Kəpəz"lə iki illik müqavilə bağlamışdı.

Lakin ötən ilin dekabrında komandanın o zamankı baş məşqçisi Azər Bağırov rəhbərliyə Pedro Qomesi heyətdə görmək istəmədiyini bildirib.

Bundan sonra tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı