“Neftçi”dən tanıdığımız əcnəbi: “Olduğum ölkələrdə özümə hörmət qazandırmışam”

02:20 Neftçi 83
“Neftçi”dən tanıdığımız əcnəbi: “Olduğum ölkələrdə özümə hörmət qazandırmışam”

Ötən ilin yayında “Neftçi”dən “Əcmən” ə (Birləşmiş Ərəb Əmirlikləri) keçən Yuri Matias komandası ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı braziliyalı mərkəz müdafiəçisi anlaşmaya görə, daha bir mövsüm hazırkı klubunda çıxış edəcək.

“Neftçi”dən ailəsindəki problemləri əsas gətirərək Braziliyaya qayıtmaq istədiyini deyib ayrılan və “Əcmən”ə keçən Matias təəssüratlarını bölüşüb.

O, 2016-cı ildən bəri Portuqaliya, İran, Rumıniya və Azərbaycanda çıxış etdiyini və 10 ildir legioner həyatı yaşadığını vurğulayıb:

“Müqavilənin uzadılması həmişə sevindirici hadisədir. Bu, əməyimin qiymətləndirildiyini və yaxşı mövsüm keçirdiyimi göstərir.

Xaricdə çıxış etməyimin artıq 10 ili tamam olur. Bu, mənim üçün böyük sevinc, qürur və minnətdarlıq mənbəyidir.

Olduğum ölkələrdə oyunumla özümə hörmət qazandırmışam. Çox az sayda futbolçu 10 il xaricdə belə oynaya bilir.

Yenidən seçim etmək imkanım olsaydı, eyni yolu seçərdim”.

Yuri Matias “Neftçi”nin heyətində 2023-2025-ci illərdə ümumilikdə 71 oyun keçirib, 10 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama
13 İyul 02:50 Yusif Avropa çempionudur