“Neftçi” həm çempionatda, həm də avrokuboklarda iddialı olmalıdır”

02:00 Neftçi 99
“Neftçi” həm çempionatda, həm də avrokuboklarda iddialı olmalıdır”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Ukrayna mətbuatına açıqlamasında komandanın qarşısına qoyulan hədəflərdən danışıb.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı UEFA Konfrans Liqasına hazır olduqlarını deyib.

Təcrübəli mütəxəssis bu turnirdə mümkün qədər irəliləmək istədiklərini söyləyib:

“Məqsədimiz Konfrans Liqasında mümkün qədər irəli getməkdir. Ötən mövsüm çempionatda 4-cü yeri tutaraq avrokuboklara vəsiqə qazanmışıq.

İndi bu şansı maksimum dəyərləndirmək istəyirik. Məqsədimiz yalnız iştirak etmək deyil, bacardığımız qədər çox mərhələ keçmək və uğurlu çıxış etməkdir.

“Neftçi” kimi tarixi klub qarşısında hər zaman yüksək hədəflər qoyulur və komanda həm daxili çempionatda, həm də avrokuboklarda iddialı olmalıdır”.

“Neftçi” Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsində qoşulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama
13 İyul 02:50 Yusif Avropa çempionudur