"Xəzər Lənkəran": "Ceyhun Sultanov sag olsun, dəstək paylaşımı edib"

23 Mart 2020 21:40 Azərbaycan Futbolu 1 242
"Xəzər Lənkəran": "Ceyhun Sultanov sag olsun, dəstək paylaşımı edib"

«Mübariz Mənsimovun həbsindən sonra ABŞ dan tutmus Rusiyaya qədər müxtəlif ölkələrdən dəstək videoları yayılır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xəzər Lənkəran»ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

O, «Neftçi»nin idman direktoru Ceyhun Sultanovun sosial şəbəkə profilində XL və Mənsimovla bağlı paylaşım etməsinə müsbət münasibət bildirib.

Dünən xəbər vermişdik ki, Ceyhun bəy vaxtilə formasını geyindiyi «Xəzər Lənkəran»ın fəxri prezidenti, ötən gün ad gününü qeyd edən Mübariz Mənsimova öz sayğısını göstərib.

O, sosial şəbəkə üzərindən 2007-ci ildə çəkilmiş fotonu paylaşaraq, «Xəzər Lənkəran» bir zamanlar» yazıb. «Xəzər Lənkəran» barədə paylaşıma çoxlu sayda «like» gəlib, cənublu futbolsevərlər Sultanovu alqışlayıb və dəstəkləyib.

Gələn mesajlara və suallara cavab vermək vaxt baxımından «Neftçi»nin idman direktoruna problem yaratdığından, o, bir müddət «virtual dünya»dan çəkilmək qərarına gəlib.

H.Cəbrayıloğlunu dinləyək: «Düşünürəm ki, bu şəkildə sevgi seli hamını heyran qoyub. Bu, real sevgi, hörmət və ehtiramdir. Ceyhun Sultanov sag olsun, dəstək paylaşımı edib. Amma sonra silib ya hesabını baglayibsa, bunu anlayışla qarşılamaq lazımdır».

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!