"Onu öz komandama götürmək istəyirdim"

28 Fevral 2020 13:40 Azərbaycan Futbolu 842
"Onu öz komandama götürmək istəyirdim"

“Türkiyə yığmasında işlədiyim vaxt biz tez-tez Azərbaycanın bütün yaş qruplarından ibarət milli komandaları ilə qarşılaşırdıq.

Çünki onlar bizim böyük dostlarımızdır, eyni mədəniyyətə malikik. Tez-tez belə matçlarda Nurlanı görürdüm, o həmişə seçilirdi“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Narva-Trans”ın baş məşqçisi Cenk Özcana məxsusdur.

Ötən ilin noyabrında müqavilə bağlamış türkiyəli baş məşqçi Estoniya klubunun rəsmi saytına müsahibəsində Nurlan Novruzovdan danışıb: “Mən onu Azərbaycan çempionatında da izləmişdim və belə bir imkan düşsə, onu öz komandama götürmək istəyirdim.

O, sürətli və texnikalı oyunçudur, bir neçə mövqedə oynaya bilir. İndi onun viza ilə bağlı problemləri var. Ancaq ümid edirəm ki, bazar günü onu Superkubok matçına yetişdirə biləcəyik”.

Nurlan Novruzov fevralın 21-də baxışdan uğurla keçərək “Trans”la müqavilə bağlayıb. “Bakı” ilə Azərbaycan kubokunun qalibi və ölkə çempionatının ən sərrast bombardiri olmuş 26 yaşlı hücumçu əvvəl Türkiyənin aşağı divizion komandalarında və Moldovada legioner karyerası yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti