AFFA tanınmış futbol adamına 6000 manatı qıymadı!

25 Fevral 2020 12:16 Azərbaycan Futbolu 1 164
AFFA tanınmış futbol adamına 6000 manatı qıymadı!

"Neftçi"nin veteran futbolçusu Səmədağa Şıxlarov ağır əməliyyat keçirib.

Sportinfo.az xəbər verir ki, AFFA çoxsaylı tənqidlərdən sonra onun əməliyyatına kömək edəcəyinə söz versə də, vədinin üstündə dayanmayıb.

Bu barədə Futbol İctimaiyyətinin Həmkarlar İttifaqının İdarə Heyətinin üzvü Anar Xanlarov bildirib: "Veteran futbolçumuz bundan əvvəl 5 əməliyyat keçirmiş və AFFA heç birində ona kömək etməmişdi.

Bu dəfə guya kömək edəcəkdilər. Hətta AFFA-ya çağırıb, ərizə də yazdırmışdılar. Sonra xəstəxanadan əməliyyat üçün tələb olunan məbləğlə bağlı rəsmi kağız istəmişdilər.

Səmədağa müəllim söhbətimizdə bildirmişdi ki, hardasa 6-6.5 min manat pul eləyir. Elə də böyük məbləğ deyil. Lippertin 10 günlük maaşı. Amma...

Əməliyyata bir neçə gün qalmış federasiyadan deyiblər ki əməliyat üçün pul yoxdur. Təsəvvür edin, lazımsız-lazımsız layihələrə, lazımsız əcnəbilərə milyonlar xərcləyən AFFA Səmədağa Şıxlarova vermək üçün 6 min manat tapmayıb.

Daha doğrusu, qıymayıb. Son anda Səmədağa müəllim ailəsinin, qohumların, dost-tanışın çətinliklə topladığı pulla əməliyyata girib. Bax belə… İnsan nə qədər vicdansız, əxlaqsız, və mənəviyyatdan kasad olmalıdır ki, bu addımı atsın".

Digər Xəbərlər
Xəbər Lenti