Azərbaycanlı məşqçi İspaniyada biznes qurdu

24 Fevral 2020 17:24 Azərbaycan Futbolu 1 177
Azərbaycanlı məşqçi İspaniyada biznes qurdu

"Bu, mənim üçün sevindirici xəbər oldu. Təltif olunduğumu ilk dəfə sizdən eşitdim. Möhtəşəm hisslər keçirirəm. Təbriklərə görə çox sağ olun".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycanın futbol üzrə yeganə olimpiya çempionu və "Sabah"ın Müşahidə Şurasının üzvü İqor Ponomaryov Prezident İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunmasına dair təəssüratlarını bölüşərkən deyib.

Veteran futbolçu 60 yaşının tamamlandığı gün onu fəxri ada layiq gördüyü üçün dövlət başçısına təşəkkürünü bildirib: "Futbolun inkişafında, idman hərəkatındakı xidmətlərimi qiymətləndirdiyi üçün cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Bu, mənim üçün çox gözəl hədiyyə oldu. Bir daha böyük diqqətə görə İlham Əliyevə təşəkkür edirəm. Belə bir ordenə layiq

görülmək mənim üçün şərəfdir".

Hazırda İspaniyada olan İ.Ponomaryov yubileyini ailəsi ilə birgə qeyd edəcəyini vurğulayıb: "Bilirsiniz, Azərbaycanla İspaniya arasında 3 saatlıq fərq var. Səhəri məhz belə bir xoş xəbərlə açdım.

2019-cu ilin dekabrında "Sabah"ın baş məşqçi postunu tərk etdikdən sonra İspaniyaya gəlmişik. Burada biznesim var. Hazırda Malaqa şəhərindəyəm. Doğum günümü də elə burada ailəmlə qeyd edəcəyəm".

Məşhur penalti ustası "Sabah"ı izlədiyini desə də, komandanın çıxışını şərh etmək istəməyib: "Çünki indi bunun yeri deyil. Mənə xoş xəbər verdiniz. Bir daha sizə minnətdarlığımı bildirirəm. "Sabah" haqqında başqa vaxt danışarıq".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!