Azərbaycanda klub prezidenti meydana çıxdı və…

24 Fevral 2020 13:12 Azərbaycan Futbolu 1 087
Azərbaycanda klub prezidenti meydana çıxdı və…

Region Liqasında 11-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, Mərkəz zonasında mübarizə aparan "Araz" Saatlıda "Ağsu Siti"yə 4:11 hesabıyla uduzub.

Burada bir maraqlı hadisə də baş verib. Belə ki, qonaqların heyətində prezident Rəmzi Eminli meydana çıxaraq, ev sahiblərinin qapısına 3 top vurub.

Paytaxt və Şimal zonasında çıxış edən Quba "Şahdağ"ı bu tur yaşıl sahəyə qayıdıb. Ötən həftə "Uğur"la səfər matçına gəlməyən komanda bu dəfə Sumqayıtda - "Kapital Bank Arena"nın ehtiyat meydançasında "Xudat"a 2:0 hesabıyla qalib gəlib.

Cənub zonasının lideri "Alyans" Lənkəranda Cəlilabad "Ümid"inin qapısından 2 cavabsız top keçirib.

Paytaxt və Mərkəz zonası

"Şahdağ" (Quba) - "Xudat" (Xaçmaz) - 2:0

Qollar: Elmin Əskərli, 11, Vladik Ağabalayev, 26

Mərkəz zonası

"Araz" (Saatlı) - "Ağsu Siti" - 4:11

Qollar: Samir Şövkətov, 7, Nizami Ələkbərov, 36, 44, Asim Kərimov, 66 - Kamran Abdullazadə, 6, Rəmzi Eminli, 12, 13, 82-pen, Natiq Fətullayev, 22-öz qapısına, Qərib İbrahimov, 51, Rəvan Kərimov, 55, 74, Şahin Əliyev, 68, 72, Məhəmməd Xəlilov, 87

"İmişli" - "Şamaxı" - 0:1

Qol: Elnur Mustafazadə, 38

Cənub zonası

"Alyans" (Lənkəran) - "Ümid" (Cəlilabad) - 2:0

Qollar: Elməddin Hüseynzadə, 65, Comərt Baxşıliyev, 85

"Neftçala" - "Ərkivan" (Masallı) - 1:1

Qollar: Sehran Abbasov, 43 - Özat Nuri, 45

Xəbər Lenti