Elxan Məmmədovu vəlvələyə salan PROSES BAŞLADI!

23 Fevral 2020 16:40 Azərbaycan Futbolu 1 733
Elxan Məmmədovu vəlvələyə salan PROSES BAŞLADI!

Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev yeni ictimai birlik yaratmaq istəyinə düşüb.

O, bu məqsədlə artıq bəzi addımlar atmağa başlayıb. Məqsəd futbol təsərrüfatında güc olacaq mərkəz formalaşdırmaqdır.

Bura yalnız veteranlar üçün nəzərdə tutulmayıb. Futbol sferasının bütün təbəqələrinin ictimai birlikdə təmsil olunması planlaşdırılıb. Keçmişdiklər və indiklər - fərq etmir. Qapı hamının üzünə açıqdır.

Abdullayev ideyasını gerçəkləşdirmək niyyəti ilə bir sıra görüşlər keçirir. O, Cavadov adına BFA-nın vitse-prezidenti Yaşar Seyidova yeni qurumun rəhbərliyində yer almağı təklif edib, lakin rədd cavıabı alıb.

Tərəflərin «Neftçi»nin keçmtş bazasında təxminən 4 saat çəkən görüşü bir səbəbdən uğursuzluqla nəticələnib.

Belə ki, Seyidov AFFA-nın, xüsusən federasiyanın prezidenti Rövnəq Abdullayev və icraçı vitse-prezident Elxan Məmmədovun xeyir-dua vermədiyi heç bir layihəyə qoşulmaq istəmədiyini bildirib. O, ümumiyyətlə, AFFA rəhbərliyinin əleyhinə olacaq istənilən təşkilata yaxın getməyəcəyini söyləməklə, Abdullayevin arzusunu ürəyində qoyub.

Veteranlar İttifaqının sədri ilə Elxan Məmmədov arasında bir müddətdir gərginlik hökm sürür. Münasibətlərin soyuması ötən ilin son rübündən başlayıb.

Abdullayevin baş katib postuna iddiasından xəbər tutan Məmmədov bir neçə aydır onunla məsafəli davranır. Oqtay bəyin millinin Slovakiyaya yollanan qafiləsinndə yer almaması bundan qaynaqlanır.

AFFA-nın bir nömrəli funksioneri ötən ya verdiyi açıqlamada sədrin «bostanına daş atıb». O, «Neftçi»nin keçmiş bazasında quraşdırılan süni örtüklü meydançanın keyfiyyətinin itirdiyini, dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, dəyişdirilmədiyini bildirib. Həmin məkanda isə aşağı yaş qurpları üzrə komandalar arasında ölkə çempionatının oyunları təşkil olunur.

Buradakı qazon bir neçə ildir sıradan çıxıb. Bəs Elxan Məmmədovun yadına indi niyə düşsün ki? Bəli, problemin bu sarada xatırlanması məqsədlidir və Abdullayevə qulaqburması vermək fikri daşıyır.

Nərimanov rayon Azadlıq prospekti 123 ünvanında yerləşən, Gənclər və İdman Nazirliyinin tabelyində fəaliyyət göstərən Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzi təsərrüfat hesablı idman qurğusudur.

Bir süni örtüklü meydançanın dəyişdirilməsi külli miqdarda vəsait deməkdir. Təqribən bir neçə yüz min manat. Bu pulu Abdullayev ömründə verməz. Lap o qədər məbləğ onda olsa da! Mövcud qazon illər öncə AFFA-nın yardımı ilə salınıb. Elxan Məmmədov bu gün ona müttəfiq gözüylə baxsaydı, şübhəsiz, problemi bu şəkildə qabartmazdı.

Onlar arasında yeni qalmaqal bugünlərdə baş verib - Futbol İctimaiyyətinin Həmkarlar İttifaqının İdarə Heyətindən istefa verən Əfqan Talıbovla Babək Alxasovun üstündə.

Belə ki, Oqtay Abdullayev adıçəkilən şəxslərin məhz onun təkidi nəticəsində Nazim Süleymanovun sədri olduğu təşkilatdan ayrıldığını bildirib və onların işlə təmin edilməsini federasiya rəhbərindən istəyib.

Elxan Məmmədov bu məsələyə bir müddət sonra baxılacağını bildirməklə, Veteranlar İttifaqının sədrini özündən çıxarıb. «Mən sizin sözünüzlə hərəkət elədim, Əfqanla Babəki Nazimgildən uzaqlaşdırdım. İkisinə də söz verib gətirmişəm. Əfqanı «Turan»a aparmışam, Babəkə də siz bir iş verin. Nazimin təşkilatında olanlar bunu bilsələr, daha bura heç kim gəlməyəcək» - Abdullayev əsəbi şəkildə cavab verib.

Oqtay bəyin tezliklə ortalığa çıxarmaq istədiyi və bunun üçün dəridən-qabıqdan çıxdığı təşkilatın təsis konfransı ysaxınlarda keçirilməlidir. Amma AFFA ilə parnyor olan «Bulvar»da yox.

Düzdür, bir çox mətbu orqanlar Abdullayevin futbol ictimaiyyətini həmin otelə toplamağa hazırlaşdığını yazır, fəqət həmin məkan adıçəkilən məkan deyil. Veteranlar İttifaqının sədri tamam ayrı otelə razılaşıb, behləşib.

Elxan Məmmədov artıq bir dəfə təsis konfransının təxirə saldırmağa nail olsa da, güman ki, prosesin qarşısını ala bilməyəcək. Çünki artıq ox yaydan çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti