Mirça Rednik: "Xəzər-Lənkəran" bərpa olunsa, ora qayıdaram"

18 Yanvar 2020 21:00 Azərbaycan Futbolu 1 249
Mirça Rednik: "Xəzər-Lənkəran" bərpa olunsa, ora qayıdaram"

2010-2011-ci ildə "Xəzər-Lənkəran"ı çalışdırmış Mirça Rednik yenidən Azərbaycana qayıtmaq istəyir.

Bu barədə Sportinfo.az-a menecer Erkin İbrahimov məlumat verib.

O, Antalyda "Politexnika İaşi"ni çalışdıran mütəxəssislə görüşüb və bu haqda söhbət edib: "Rednik "Xəzər-Lənkəran"ın fəaliyyətini dayandırmasına çox təəssüfləndi. Dedi ki, cənublu azarkeşlər ən xoş sözlərə layiqdir və onları həmişə xatırlayır. Rednik onu da söylədi ki, əgər klub bərpa olunsa, yenidən ora qayıtmağa hazırdır".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!