Millimizin baş məşqçisi AFFA-nın baş katibindən ev istəyib?

17 Yanvar 2020 18:22 Azərbaycan Futbolu 1 578
Millimizin baş məşqçisi AFFA-nın baş katibindən ev istəyib?

İTV-də yayımlanan 3D layihəsinin növbəti buraxılışının qonağı AFFA-nin keçmiş vitse-prezident və baş katibi Fuad Əsədov olub.

Veteran futbol funksioneri verilişdə kifayət qədər maraqlı fikirlər səsləndirib, milli komandamızın sabiq futbolçuları - Zaur Tağızadə ilə Samir Əliyevi sərt tənqid edib, sonuncunun barəsində isə ittiham səsləndirib.

Əsədov deyib ki, o zaman Rusiyada - Volqoqradda legioner həyatı yaşayan Əliyev millimizin İsraillə AÇ oyunu qabağı ondan ev tələb edib: "Mənə dedi ki, Rusiyada oynayıram, ancaq Bakıda evim yoxdur. Mən getmirəm, mənə ev verin, sonra oynayım".

Hazırda U-19 millimizi çalışdıran Samir Əliyev Sportinfo.az saytına verdiyi, daha doğrusu, vermədiyi açıqlama ilə Fuad Əsədovun dediklərini dolayısı ilə təsdiq etmiş oldu. Yığmanın baş məşqçisi yalnız bir cümlə ilə kifayətləndi: "Fuad Əsədovun dediklərinə heç bir şərh verməyəcəm".

Digər Xəbərlər
Xəbər Lenti