“Qarabağ” ölkəmizin hesabına daha 0.250 əmsal yazdırdı, izləyicimiz dəyişdi

“Qarabağ” ölkəmizin hesabına daha 0.250 əmsal yazdırdı, izləyicimiz dəyişdi

UEFA Avropa Liqası və Konfrans Liqasında keçirilən oyunlarda qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib.

Buna “Qarabağ”ın ÇL-in 3-cü təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”sunu evdə 2:0 hesabı ilə məğlub etməsi şərait yaradıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib.

Nəticədə cari mövsümdə qazanılan əmsal 3.125-ə yüksəlib. Bunun 1.250 əmsalı “Sabah”ın, 1.000-i “Qarabağ”ın, 0.625-i “Zirə”nin, 0.250-si isə “Neftçi”nin payına düşür.

Hazırda ölkəmizin ümumi xal ehtiyatı 21.687-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz isə başqadır.

Bolqarıstanı geridə qoyan Slovakiyanın 20.500 əmsalı var. Bir pillə öndə – 25-ci yerdə qərarlaşan Sloveniyanın ümumi qazancı isə 22,718-də qalıb.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 18:10 Çək və bizə göndər!