COP29

Rövşən Nəcəf bu adamlara yuxarıdan-aşağı baxır, heç kimlə hesablaşmır, heç kimi saymır

18 Oktyabr 08:50 Azərbaycan Futbolu 5 699
Rövşən Nəcəf bu  adamlara yuxarıdan-aşağı baxır, heç kimlə hesablaşmır, heç kimi saymır

İndiyə qədər AFFA-ya rəhbərlik edənlər arasında ən zəhimlisi Fuad Musayev olub.

Sovet dönəminin məmurlarından olan Musayevi diktator kimi xarakterizə edirlər.

Amma buna rəğmən, ayrı-ayrı futbol adamlarından rəhmətlik Fuad müəllimin kabinetinə girib sözlərini deməklərinə dair çox söhbətlər eşitmişik.

Hərdən adamın özünə də qəribə gəlir ki, bu nə təhər diktator olub ki, rahat-rahat otağına girə biliblər. İndikilərin heç qapısının kandarına da yaxın buraxmazlar adamı.

Fuad Musayevdən sonra Ramiz Mirzəyev keçib AFFA-nın başına. Əslində, onun da qəliz adam olduğunu deyirlər. Ramiz müəllim federasiya rəhbəri kimi cəmi bir neçə il başında olduğu üçün onun haqqında geniş təsəvvür formalaşmadı. Uzun müddət işləyə bilmədi, ağır xəstəlik üzündən dünyasını dəyişdi. Lakin Ramiz Mirzəyev haqqında mərhum həmkarımız Elnur Əşrəfoğlu həmişə mətbuatla ünsiyyət quran, mətbuatın fikirlərinə önəm verən biri kimi danışırdı. Əşrəfoğlu Ramiz Mirzəyevlə dəfələrlə futbol mövzusunda söhbətlər etdiyini, polemika apardığını deyirdi.

Sonrakı dönəm Rövnəq Abdullayevlə bağlı oldu. Rövnəq müəllim jurnalistlərdən qaçan biri deyildi. Lakin hər vəchlə hiss elətdirməyə çalışırdı ki, futbol sahəsi kağız üzərində onun adıyla bağlı olsa da, əslində, bu iş başqalarına həvalə olunub. Ona görə də, həmin dönəmdə de-yure yox, amma de-fakto AFFA rəhbəri kimi Elxan Məmmədovu qəbul etmək daha doğru olar. Sabiq baş katib daha çox öz adamlarına gün ağlamaqla məşğul olsa da, qapısı hamının üzünə açıq idi. Hamı ilə görüşürdü, danışırdı, sonda yenə də öz bildiyini edirdi. Amma fakt odur ki, həmişə üzdə idi.

Nəhayət, Rövşən Nəcəf barədə. Arxada qalan yarım ilin müşahidəsi kimi əminliklə deyə bilərik ki, Azərbaycan futboluna bu qədər yad rəhbər hələ olmayıb federasiyanın başında. Futbol adamlarına yuxarıdan aşağı baxan, eqosunda boğulan bu şəxs heç kimlə hesablaşmır, heç kimi də saya almır. Bütün qərarları tək verir, ciddi iş ortaya qoymağa da həvəsli görünmür. Bütün millilər uduza-uduza gedir, Nəcəfdən bir reaksiya yoxdur. Elə bil ölkə futbolunun bu gündə olmasının ona heç bir dəxli yoxdur (sportal.az).

Həmid

Digər Xəbərlər
Xəbər Lenti