“Neftçi”siz avrokuboklar - Kim hara gedəcək?

26 May 2024 00:30 Azərbaycan Futbolu 1 201
“Neftçi”siz avrokuboklar - Kim hara gedəcək?

2024/25 mövsümü Azərbaycanı Avropa kuboklarında təmsil edəcək bütün komandaların adları dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasının bu gün keçirilən sonuncu - 36-cı turunun ilk gününün 3 matçından sonra bəlli olub.

“Sabah” səfərdə “Neftçi”yə (1:0), “Zirə” öz meydanında “Səbail”ə (1:0, “Sumqayıt” isə “Qəbələ”yə (1:0) qalib gəlib.

Bu nəticədən sonra “Zirə” çempionatı 58 xalla 2-ci, “Sabah” 3-cü (58 xal), “Sumqayıt” isə 57 xalla 4-cü yerdə başa vurub. “Neftçi” 56 xalla 5-ci olub və avrokuboklardan kənarda qalıb.

Beləliklə, yeni mövsüm Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqası), “Zirə” (Avropa Liqası, kubokun finalının nəticəsindən asılı olmayaraq), “Sabah” və “Sumqayıt” (hər ikisi Konfrans Liqası) təmsil edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu