Püşk "Qarabağ" dedi - Kubokun finalının başlama saatı açıqlandı

26 Aprel 16:20 Azərbaycan Futbolu 423
Püşk "Qarabağ" dedi - Kubokun finalının başlama saatı açıqlandı

Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Zirə”nin nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Şahid Həsənov, “Zirə” isə icraçı direktor Cahangir Məmmədov ilə təmsil olunub.

Püşkatmaya əsasən, “Qarabağ” nominal meydan sahibi olub.

Azərbaycan Kubokunun final oyunu 2 iyun tarixində “Liv Bona Dea Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti