“Qarabağ” işini gördü, “Slovan” mane oldu

22 Sentyabr 12:40 Azərbaycan Futbolu 740
“Qarabağ” işini gördü,  “Slovan” mane oldu

Avropa Liqası və Konfrans Liqasında qrup mərhələsinin I turunun oyunlarından sonra ölkələrin əmsallar cədvəlini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, sentyabrın 21-də Bakıda Norveç “Molde”sinə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycanın hesabına 0,500 xal əlavə edib.

Amma ölkəmizin mövqeyində hər hansı dəyişiklik baş verməyib. Azərbaycan 17,375 xalla yenə 29-cu pillədə qərarlaşıb.

Bir pillə öndə olan Slovakiya ilə fərqi azaltmaq mümkün olmayıb. Bu ölkə təmsilçisi “Slovan”ın doğma meydanda “KI Klaksvik”i (Farer adaları) üstələməsi (2:1) buna imkan verməyib.

30-cu yerdəki Moldova (12,875 xal) ilə fərq isə artıb. Buna “Şerif”in doğma azarkeşləri önündə İtaliya təmsilçisi “Roma”ya uduzması (1:2) səbəb olub.

Siyahıya İngiltərə (90,303 xal) başçılıq edir. İspaniya (78,864 xal) ikinci, İtaliya (73,141 xal) üçüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 23:40 "Bəli, məyusluq oldu"