Antalyaya yollanan klublar PFL-ə PUL VERİBMİ?

29 Yanvar 2023 20:40 Azərbaycan Futbolu 1 085
Antalyaya yollanan klublar PFL-ə PUL VERİBMİ?

«Üç aydır burada çalışıram və gəldiyim gündən hansısa çatışmazlıq barədə rəhbərliyə müraciət etmişəmsə, dərhal aradan qaldırılıb».

Peşəkar Futbol Liqasının Mətbuat və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev Sportinfo.az-a açıqlamasında belə deyib.

Qış təlim-məşq toplanışını Antalyada keçən klubların görməli olduğu işi PFL öhdəsinə götürdü.

Ölkə çempionatını düzənləyən qurum elita təmsilçilərinin qardaş ölkədəki yoxlama görüşlərini «yutub» kanalı üzərindən yayımını təşkil elədi. Maraqlıdır, buna görə onlardan PFL-ə vəsait ödəyən(lər) olub?

Abdullayevi dinləyək:

«Antalya səfərindən öncə bəzi cihazlarımız yeniləndi, problemlər həll olundu. Otel, məskunlaşma, nəqliyyat, bir sözlə, yaradılan şərait yüksək səviyyədə idi.

Deməyim odur ki, PFL rəhbərliyi çalışmağımız üçün hər cür şərait yaratmışdı, lazım olan öhdəlikləri qarşılamışdı.

Ona görə də dediyiniz məsələ ilə bağlı klublara müraciət etmədik. Açığı, buna ehtiyac da duymadıq».

Digər Xəbərlər
Xəbər Lenti