Bu, Azərbaycan futbolunda aşkarlandı – Direktor dedi ki, gözləyin

23 Dekabr 2021 11:20 Azərbaycan Futbolu 792
Bu, Azərbaycan futbolunda aşkarlandı – Direktor dedi ki, gözləyin

Azərbaycan futbolunda antidopinq qayda pozuntusu aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli keçirdiyi mətbuat konfransında açıqlama verib.

O bildirib ki, il ərzində 19 pozuntunun qeydə alındığı 11 idman növündən biri də futboldur.

Hüseynli prosesin davam etməsi səbəbindən ad çəkməyin məqsədəuyğun olmadığını bildirib. Direktor daha sonra bu barədə ictimaiyyətə açıqlama veriləcəyini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu