Növbəti mövsüm Premyer Liqada hansı klublar çıxış etmək istəyir?

25 Oktyabr 2021 14:40 Azərbaycan Futbolu 2 901
Növbəti mövsüm  Premyer Liqada hansı klublar çıxış etmək istəyir?

Azərbaycan Premyer Liqası və I Divizion klubları üçün lisenziyalaşdırma mövsümü ilə əlaqədar onlayn iclas keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, toplantı oktyabrın 29-da gerçəkləşəcək:

"Həmin gündən lisenziyalaşdırma mövsümü açıq elan olunacaq. Ərizələr üçün yekun tarix isə 7 noyabr olacaq. Lisenziya iddiaçıları ərizələri verdikdən sonra görüşlər, məsləhətləşmələr, yerində baxışlar keçiriləcək.

Ondan sonra yanvar-fevralda sənədləri təqdim edəcəklər. Orada idman, infrastruktur, kadr, hüquq və maliyyə meyarları ilə bağlı müvafiq son tarixlər var. Mayda isə artıq yekun qərar veriləcək".

2022/2023 mövsümündən Azərbaycan Premyer Liqasında 10 komandanın iştirakı planlaşdırılır.

2021/2022 mövsümündə I Diviziondan "Kəpəz”, “Ağsu”, “Turan Tovuz”, “Qaradağ Lökbatan” və “Zaqatala” Premyer Liqada iştirak üçün müraciət etsə də, heç biri müsbət cavab almayıb.

MOİK isə Premyer Liqada iştirakdan imtina edib. Bundan başqa "Səbail" və "Qəbələ" avrokuboklar üçün lisenziya ala bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti