Mahmud Qurbanov qırılan rekorddan danışdı - "Heç bir dilxorçuluq, narahatlıq yoxdur"

27 Sentyabr 2021 23:00 Azərbaycan Futbolu 776
Mahmud Qurbanov qırılan rekorddan danışdı - "Heç bir dilxorçuluq, narahatlıq yoxdur"

Azərbaycan Premyer Liqasının 5-ci turu tarixi hadisə ilə yadda qaldı.

Belə ki, "Səbail"in yarımmüdafiəçisi Rahid Əmirquliyev "Zirə"yə qarşı oyunda 422-ci çempionat oyununa çıxmaqla Azərbaycan çempionatları tarixində ən çox oyun keçirmiş futbolçu statusuna sahib çıxdı.

Buna kimi birincilik 421 oyun keçirmiş Mahmud Qurbanova məxsus idi. Qurbanov karyerasını uzun müddət əvvəl bitirməsinə baxmayaraq hələ də oyun sayına görə rekord ona məxsus idi.

Hazırda "Neftçi-2"ni çalışdıran gənc mütəxəssis Sportinfo.az-a açıqlamasında uzun illərdən sonra ona məxsus rekordun Rahid Əmirquliyev tərəfindən qırılmasına münasibət bildirib: "Bu rekordun nə vaxtsa qırılacağı gözlənilən idi. Çünki mənə görə 421 oyun sayı elə də çox deyildi. Rekordlar heç vaxt əbədi qalmır. Rahid kimi bir futbolçu mənim rekordumu keçdi. Bunu normal qarşılayıram".

Qurbanov birinci olmağın xoş olduğunu, amma rekord əlindən çıxdığı üçün fikir çəkmədiyini sözlərinə əlavə edib: "Heç bir dilxorçuluq, narahatçılıq yoxdur (gülür). Düzdü, birinci olmaq hər zaman xoşdu. Amma Rahid kimi bir futbolçu buna nail oldu. Buna görə şadam".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!