Yeni nazir Azərbaycan futbolunda aparılacaq İSLAHATLARIN ANONSUNU VERDİ - VİDEO

8 Sentyabr 2021 14:40 Azərbaycan Futbolu 1 200
Yeni nazir Azərbaycan futbolunda aparılacaq İSLAHATLARIN ANONSUNU VERDİ - VİDEO

“Mən futbolu uşaqlıqdan sevirəm. Çalışıram ki, mühüm oyunlara stadiondan baxım.

Dünən də milli komandamızın oyununu stadiondan izlədim”.

Sportinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla gənclər və idman naziri təyin olunmuş Fərid Qayıbov deyib:

Fərid Qayıbov millimizin Portuqaliyaya uduzmasından danışdı

“Dünənki oyunda çox təəssüf ki, komandamız məğlub oldu. Mən də digər vətəndaşlarımız kimi komandamızın uduzmasına təəssüflənirəm. İstərdik ki, futbolçularımız daha yaxşı oynasınlar”.

O həmçinin bildirib ki, Azərbaycan futbolu ilə bağlı bir sıra işlər görüləcək:

“Hesab edirəm ki, bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı Futbol Federasiyası ilə görüşlərimiz olacaq. Onlarla bu sahə ilə bağlı işlər aparmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti