Millimiz "Səbail"lə qarşılaşacaq

22 İyul 2021 14:40 Azərbaycan Futbolu 505
Millimiz "Səbail"lə qarşılaşacaq

İyulun 19-dan Bakıda təlim-məşq toplanışı keçən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ayın 24-də yoxlama oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, yeniyetmələr "Səbail-2” ilə qüvvəsini sınayacaq.

Oyun "Dalğa Arena”da baş tutacaq və saat 18:00-da start götürəcək.

Qeyd edək ki, U-17-nin toplanışı iyulun 31-dək davam edəcək. Yeri gəlmişkən, "Səbail-2”nin məşqçilər korpusunda yeni təyinat olub. Ötən mövsüm klubun 2007-ci il təvəllüdlülərində məşqçi kimi çalışan Xanlar Əliyev bundan sonra əvəzedicilərin baş məşqçisi Ruslan Qafitullinə yardım edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi