Ölkəmizi avrokuboklarda bu klublar təmsil edəcək

19 May 2021 22:40 Azərbaycan Futbolu 3 406
Ölkəmizi avrokuboklarda bu klublar təmsil edəcək

Ölkəmizi avrokuboklarda təmsil edəcək bütün klublar bəlli olub.

Sportinfo.az xəbər verir ki, "Neftçi" ölkə çempionu kimi Çempionlar Liqasına vəsiqəni təmin edib. Bakı təmsilçisi ÇL-in birinci mərhələsində “səpələnməmişlər” səpətində yer almaqla daha güclü rəqiblə qarşılaşacaq.

"Qarabağ" 2-ci, "Sumqayıt" 3-cü pillənin sahibi olaraq Konfrans Liqasında oynamaq hüququ qazanıb. Sözügedən komandalar 2-ci mərhələdən mübarizə aparacaqlar.

Qeyd edək ki, Konfrans Liqasına son vəsiqənin sahibi mayın 24-ü keçiriləcək Azərbaycan kubokunun "Keşlə" - "Sumqayıt" final matçından sonra müəyyənləşəcək. "Keşlə" qalib gəlsə, Konfrans Liqasına vəsiqəni təmin edəcək. "Sumqayıt"ın qalibiyyəti təqdirdə, ölkə çempionatında 4-cü yerin sahibi "Zirə" avrokuboklarda oynamaq hüququ qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti