COP29

Bölgə klubunun rəhbər şəxsi azarkeşləri xoş gündə tək buraxmadı - FOTOLAR

8 May 23:00 Azarkeş 440
Bölgə klubunun rəhbər şəxsi azarkeşləri xoş gündə tək buraxmadı - FOTOLAR

"Kəpəz"in ən böyük azarkeş qrupu "Xəmsə"nin 15 yaşı tamam olub.

Bu münasibətlə fan klub üzvləri Gəncə şəhərində yerləşən şadlıq saraylarının birində bir araya gəliblər.

Tədbir Premyer Liqanın 33-cü turunun "Sumqayıt"la bərabərə bitən (1:1) matçından bir gün sonraya təsadüf edib.

Azarkeş qrupunun xoş günündə klub rəsmiləri və futbolçular onları tək buraxmayıb.

Belə ki, tədbirdə "Kəpəz"in Müşahidə Şurasının sədri İlqar Nadiri və təxminən 10-a yaxın futbolçu iştirak edib.

Oyunçular arasında əcnəbilərdən Yeqor Xvalko, Olavale Onanuqa, Martins Junior da yer alıb.

Kollektivin xoş anlarını özündə əks etdirən fotoları sizə təqdim edirik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti