COP29

İNSİDENT: Hakim söyüldü, o, şübəyə aparıldı, tribunanın yarısı boşaldı

28 Aprel 19:25 Azarkeş 1 315
İNSİDENT: Hakim söyüldü, o, şübəyə aparıldı, tribunanın yarısı boşaldı

Premyer Liqanın 32-ci turunda "Neftçi" "Turan Tovuz"u qəbul edir.

Oyunun ikinci hissəsində stadionda gərgin anlar yaşanıb.

Baş hakim Rəvan Həmzəzadənin Brunao Qonçalveşə qırmızı vərəqə göstərməsindən sonra qonaq azarkeşlər referinin ünvanına təhqiramiz şüarlar səsləndirib.

Polislərin işə qarışması ilə tovuzlu fanatlarla "poqonlular" arasında insident yaşanıb. Nəticədə "Turan Tovuz"un azarkeşi polis şöbəsinə aparılıb.

Tərəfdarların bir qismi buna etiraz olaraq tribunaları boşaldaraq futbolçuları meydanı tərk etməyə səsləyiblər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti