Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi" "Sumqayıt"ı qəbul edib.
"Ağ qaralar"ın məğlub olduğu (1:2) matçın gedişində meydan sahiblərinin fanatları əzəli rəqib "Xəzər Lənkəran"a ilişməsi ilə yadda qalıb.
Belə ki, "ağ qaralar"ın "Forza Neftçi" azarkeşləri "Neftçi" burdadır, bəs "Xəzər" hardadı" - deyə "Kimyaçılar"ın ehtiyat qolkiperi Orxan Sadıqlıya səsləniblər.
Təcrübəli qapıçı üzünü fanatlara tərəf tutaraq ürəyini nişan verib.
Xatırladaq ki, lənkəranlı olan Sadıqlı həm də "Xəzər Lənkəran" yetirməsidir. O, bu komandada parlayıb və dəfələrlə "böyük oyun"un iştirakçısı olub.
XANOĞLAN / SPORTİNFO.AZ