Tovuzda həyəcanlı anlar! Stadion yerindən “tərpəndi” - VİDEO

25 Yanvar 2023 14:40 Azarkeş 1 006
Tovuzda həyəcanlı anlar! Stadion yerindən “tərpəndi” - VİDEO

Tovuzda bayramdır.

“Qarabağ” Premyer Liqa çərçivəsində futbolun sevildiyi qərb bölgəsinə səfər edib.

Hələ oyundan əvvəl şəhərin mərkəzi küçələrində kütlə halında gəzən azarkeşləri görəndə stadionda hansı ab-havanın yaşanacağını təsəvvür etmək çətin deyildi.

Gənclərlə yanaşı yaşlı nəslin nümayəndələri, hətta təxminən iki əlin barmaqlarının sayı qədər zərif cinsin nümayəndələri də məlum qarşılaşmanı izləmək üçün tribunalardakı yerini tutub.

Tovuz şəhər stadionunda ağız deyəni qulaq eşitmir. Yəni atmosfer o dərəcədə möhtəşəmdir ki, telefonuma gələn zəngi normal şəkildə cavablandırmağım mümkün olmadı. Xəttin o başındakı dostum səsimi eşidə bilmədiyini deyib, imkan olanda onunla əlaqə saxlamağımı xahiş etdi.

Musa Qurbanlının meydan sahiblərinin qapısından keçirdiyi top yerli fanatları susdurmuşdusa, Runi Evanın bərabərlik qolu ilə stadion yerindən “tərpəndi”.

HƏBİB / SPORTİNFO.AZ

Möhtəşəm anların görüntülərini birlikdə izləyək:

Digər Xəbərlər
Xəbər Lenti