Onun qəfil gedişi “Neftçi”də toy-bayramla qarşılandı!

25 Yanvar 2023 23:20 Azarkeş 2 036
Onun qəfil gedişi “Neftçi”də toy-bayramla qarşılandı!

Qış fasiləsində “Neftçi”dən ayrılan növbəti futbolçu Qodsvey Donyo oldu.

O, Paytaxt klubunu Kiprin “Apollon” komandasına dəyişdi.

28 yaşlı forvard 2022-ci ilin iyun ayında azad agent olaraq “ağ qaralar”a transfer olunmuşdu.

Qanalı hücumçu arxada qalan müddətdə “Neftçi” formasında meydana çıxdığı 21 oyunda 6 qol və 4 asistlə yadda qalmağı bacardı.

Təbii ki, bir forvard üçün çox aşağı göstəricidir.

Və bunun nəticəsidir ki, əcnəbi oyunçu heç bir halda tərəfdarların sevgisini qazana bilmədi.

Sevgi bir kənara, bu gün Donyonun getməsi “Neftçi” cəbhəsində böyük sevinclə qarşılandı.

Bunu fanatların futbolçunun gedişinin rəsmiləşməsindən sonra klubun sosial şəbəkə hesablarında yazdıqları rəylərdə görməmək mümkün deyil:

“Hər şey üçün təşəkkürlər deyəndə ki, adam klub üçün nə edib? Donyonun “Neftçi”yə ən böyük yaxşılığı klubdan getməsi oldu”.

“Deyəsən, “Apollon”a da Kamran kimi biri rəhbərlik edir”.

“Bizə yardım etdiyi üçün təşəkkürlər “Apollon”.

“Gəldiyi gündən “Neftçi”yə verdiyi xeyir rədd olmağı oldu”.

“Bizim əlimiz bala batmışdı, qalmışdı “Apollon”.

“Bütün “Apollon” seleksiyaçılarını öpürük, bizi daha bir zibildən qurtardıqları üçün”.

“Yenə cəhəənəm, heç olmasa mayası çıxdı”.

“Axırki bunun da “Neftçi”yə xeyri dəyəcək”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti