"Xəzər Lənkəran"lılar bu dəfə toyda bir araya gəldi - MARAQLI VİDEO

20 Yanvar 2023 19:00 Azarkeş 967
"Xəzər Lənkəran"lılar bu dəfə toyda bir araya gəldi - MARAQLI VİDEO

2004-cü ildə yaranan "Xəzər Lənkəran" camiəsini yadda qalan edən əsas qüvvə onun fanatları idi.

Lənkəranlı tərəfdarlar qısa müddətdə ölkə futboluna səs-küy salmağı bacarmışdılar.

Təəssüf ki, 7 il əvvəl komandanın fəaliyyətini dayandırması ilə onların da aktivliyi təbii olaraq azaldı.

Amma tam olaraq aradan getdi demək də olmaz. Bu gün də həmin sadiq "Xəzər"lilər bir-birlərinin xoş günlərində bir araya gəlib, köhnə illəri unutmurlar.

Sonuncu oxşar hadisə Ağadadaş Tağızadənin toyunda yaşanıb.

Dostları onun xoş günündə başına cəm olublar.

Fakellərlə silahlanan çox sayda fanat bəylə gəlini dövrəyə alıb. Ağadadaş özü də tribuna dostlarından geri qalmayaraq fakel yandırıb, ardınca qol götürüb oynayıb.

Maraqlı görüntülərə səhnə olan həmin anları sizə təqdim edirik.

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!