QAYITDILAR - Müstəqil olacaq, klubdan mənfəət güdməyəcək

6 Yanvar 2023 17:00 Azarkeş 551
QAYITDILAR - Müstəqil olacaq, klubdan mənfəət güdməyəcək

“Kəpəz”in Premyer Liqaya qayıtması və cari çempionatda intriqanın artması gəncəli futbolsevərləri həvəsləndirib.

Ötən ilin sonuna qədər Nizami yurdunda yalnız “Xəmsə” azarkeş qrupu varlığını göstərirdisə, yeni ildən daha bir qrup tribunaların bəzəyinə çevriləcək.

Belə ki, illər öncə “Kəpəz”in oyunlarında görməyə alışdığımız “Kəpəz” müstəqil fanat klubu çempionatın ikinci yarısından etibarən komandaya dəstəyini əsirgəməyəcək.

Qrupun üzvləri tribunada rəqiblərə psixoloji təzyiq yaratmaqla yanaşı, “Kəpəz”in məşqçi və futbolçularından nəticə tələb edəcək.

Müstəqil fanat klubunun adından da göründüyü kimi, klubdan alıb-verəcəyi olmayacaq. Öz vəsaitləri hesabına “dolanacaqlar”.

Hazırda 50-yə yaxın azarkeş qrupa üzv olmaq istədiyini bildirib. Sayın 200-ə qədər artacağı şübhə doğurmur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti