"Qarabağ" "Zenit"dən də güclüdür, bu bədbəxt ora niyə gedir?”

7 Yanvar 2023 22:20 Azarkeş 3 012
"Qarabağ" "Zenit"dən də güclüdür, bu bədbəxt ora niyə gedir?”

Kadi Borgesin "Qarabağ"dan ayrılması rəsmiləşdi.

Brazilyalı vinger karyerasını "Krasnodar"da davam etdirəcək.

Düzdür, onun gedişi ağdamlılar üçün ciddi itkidir. Yoxluğu ən azı bir müddət hiss olunacaq. Amma bu ayrılığa görə, "Qarabağ" rəhbərliyini, məşqçilər korpusunu və futbolçunu qınamağa adamın dili gəlmir.

Çünki ortada kifayət qədər ciddi maliyyə qazancı var. Təmsilçimiz yarımmüdafiəçinin keçidindən 5 milyon avro gəlir qazanacaq.

Futbolçunun özü isə qonşu ölkədə burdakından 4-5 dəfə artıq maaşa oynayacaq.Amma bu həqiqəti fanatlara qəbullandırmaq elə də asan deyil.

Azarkeş qazancı, gəliri yox, komandasının uğurun istəyir. Ən yaxşıların öz komandasında olmasını arzulayır.

Əbəs deyil ki, 26 yaşlı yarımmüdafiəçinin ayrılıq xəbərinə gələn şərhlərin əksəriyyəti də məhz bu məzmunada olub. Kimisi futbolçunu, kimisi də rəhbərliyi qınamaq yolunu seçib:

"Elə bizim yerimiz Konfrans Liqasıdır. Komandada can yandıran oyunçunu aparıb satın".

"Nuş olsun".

"Rusiya klubları avrokuboklara gedə bilmir. Ölkə sanksiya və blokadada. Dünyanın əksər təyyarə relsləri belə işləmir. Bu bədbəxt ora nəyə gedir?".

"Rəhbərlik və oyunçular öz gəlirləri barədə düşünür. Azarkeşlərin ürəyi isə "Qarabağ"la döyünür".

"Konfrans Liqasında mən oynayacam?".

"Yerinə səviyyəli cinah oyunçusu alınmasa, tam olaraq transfer pəncərəsi fiasko olacaq".

"Qarabağ" "Zenit"dən də güclüdür. Nəyə görə ora keçdi, bilmirəm".

"Qış transfer pəncərəsində oyunçu almaq çətin olacaq".

"Heç nə, biz də bu şəkildəki duman, bulud kimiyik".

"Heyf, çox heyf. Elə oyunçu tək-tük ələ gələr. Yəqin ki, yerinə oyunçu gəlməz".

"Başa düşdük, yaxşı pul verirlər. Arada oyunçu almağı da fikirləşin".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti