Tərlan Əhmədova bu tarixə kimi vaxt verildi - Nəticələr ürəkaçan olmasa...

31 Dekabr 2022 23:00 Azarkeş 1 158
Tərlan Əhmədova bu tarixə kimi vaxt verildi - Nəticələr ürəkaçan olmasa...

Tərlan Əhmədovun "Kəpəz"ə gəlişindən sonra komandanın oyununda, nəticələrində müsbət irəliləyiş oldu.

Amma problemlər də yox deyildi. Bir neçə oyunda komanda azlıqda qalan rəqibi üzərində qələbəni əldən verdisə, qələbə qazanmalı münasib rəqiblərlə oyunlarda da edilən heç-heçələr, alınan məğlubiyyətlər diqqətdən qaçmadı.

Lakin heç bir halda Əhmədov üzərində təzyiq hiss olunmadı. Haqqlı olaraq əksəriyyət düşündü ki, heyəti o yığmayıb. Çox şey tələb etmək doğru deyil.

Ancaq qış fasiləsindən sonra yanaşma fərqli olacaq. Məsələn, mövsümün ikinci yarısında eyni səhvlərə eyni səbr göstərilməyəcək. Təzyiqlər birə-beş artacaq. Bu barədə bir qrup azarkeşin baş məşqçiyə xəbərdarlığı da olub.

Premyer Liqanın 18-ci turunun "Zirə" ilə oyunundan (2:2) sonra fanatlar baş məşqçinin diqqətinə çatıdırblar ki, səbrli davranış ən yaxşı halda mart ayına kimi davam edəcək.

Çünki Əhmədovun qış fasiləsində istədiyi heyəti yığmağa zamanı, yaxşı hazırlıq keçməyə imkanı və öz sistemini kollektivə aşılamağa fürsəti olacaq.

Hə, onda tələb də artacaq, təzyiq də. Ona görə də təcrübəli çalışdırıcı 100 ölçüb bir biçməlidir.

Səhv etmək imkanı yoxdur. Köhnə heyəti tanımağa 3 aydan çox zaman verildi. Qış fasiləsi də möhkəmlənmək və toparlanmaq baxımından ikinci əla fürsətdir.

Əgər marta kimi müsbət tendensiya müşahidə olunmasa, istefa şuarları Gəncə şəhər stadionunda eşidilməyə başlanacaq. Belədə hələ kiminsə Gəncədə çox duruş gətirdiyi olmayıb.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti