"Pis günlər geridə qalır və daha pis günlərə qədəm qoyuruq" - NARAZILIQ

30 Dekabr 2022 19:00 Azarkeş 705
"Pis günlər geridə qalır və daha pis günlərə qədəm qoyuruq" - NARAZILIQ

"Səbail"də Mahmud Qurbanov dövrü başa çatdı.

Gözlənilmədən verilən qərarla təcrübəli mütəxəssis klubdan ayrıldı.

Onun istefasından sonra paytaxt klubunda boş qalan posta axtarışlar uzun sürmədi.

Qurbanovun gedişindən cəmi bir sutka sonra Bayıl təmsilçisi yeni baş məşqçisini ictimaiyyətə açıqladı.

Klubun rəsmi hesablarından edilən postda bundan sonra komandanın Şahin Diniyevə tapşırıldığı rəsmən elan olundu.

Amma bu təyinat fanatlar tərəfindən heç də birmənalı qarşılanmadı.

Onlar Diniyev seçiminə görə rəhbərliyi qınayıblar.

Bunu izləyicilərin yazdığı şərhlərdən açıq-aşkar hiss etmək olar:

"Futboldan anlayan adam sizin klubda yoxdur?".

"Dəhşətli təyinatdı".

“Yağışdan çıxıb, yağmura düşdük”.

“Yığışıb oynasalar daha yaxşı olardı”.

"Növbəti baş məşqçi Yunis Hüseynov olacaq?".

"Uşaqlar məşqçisiz də oynaya bilərdilər, amma yenə siz bilən məsləhətdir”.

"Səbail" üçün pis günlər geridə qalır və daha pis günlərə qədəm qoyur".

"Elə bundansa Mahmud Qurbanov qalardı".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti